"Milli Şura"nın biabırçı mitinqi boykot oldu

"Milli Şura"nın biabırçı mitinqi boykot oldu

"Milli Şura" adlanan qurum bu gün özünün növbəti biabırçı mitinqini keçirdi. SİA-nın verdiyi məlumata görə, bu biabırçılıq istər aksiya iştirakçılarının sayı, istər tərkibi, istərsə də orada səslənən şüarlarda özünü açıq göstərirdi. Həmişəki kimi bir ay əvvəldən ciddi cəhdlə aksiyaya hazılaşan Milli Şura və onun rəhbərliyi, xüsusilə Azərbaycan Xalq Cəbhəsi Partiyası yenə də ölkədəki ictimai-siyasi sabitliyi pozmaq məqsədilə xaricdən almış olduğu maddi dəstəyin qarşılığını verə, mitinqin kütləviliyini təmin edə bilmədi.

Qeyd edək ki, Milli Şura və Müsavat Partiyasının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirdiyi birgə mitinq insidentsiz başa çatıb. Bakı Şəhər Baş Polis İdarəsi mitinqlə bağlı açıqlama yayıb.

İdarədən SİA-ya daxil olan məlumata görə, martın 10-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib: "Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, "NİDA" hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə