"Mən Vidadi İsgəndərli adını bu səhər sahat 8-də jurnalistlərdən eşitmişəm". Bunu SİA-ya açıqlamasında ASDP sədri Araz Əlizadə deyib.
Onun sözlərinə görə, bu vaxta qədər belə bir insan haqqında heç nə eşitməmişdim: "Sonra youtube-də baxdım ona, sifətindən bilinir ki, o "zəhmətkeş" adamdır və "millət dərdi" çəkir. Dahi Azərbaycan rəssamı Əzim Əzimzadənin bir karikaturası vardı, "millət dərdi çəkməkdən əriyib çöpə dönüb". O heç kəsdir, nə Milli Azadlıq Hərəkatında olub, nə demokratik hərəkatda olub, nə bir şeydə olub. V.İsgəndərli özünə bir yem yeri tapıb, ağzına gələni gic-gic danışır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB