Sabir Rüstəmxanlı: "Siyasi mədəniyyətin aşağılığına təəssüflənirəm" MÖVQE

Sabir Rüstəmxanlı: "Siyasi mədəniyyətin aşağılığına təəssüflənirəm" MÖVQE

"Azərbaycanda siyasi mədəniyyətin aşağılığına təəssüflənirəm". Bunu SİA-ya açıqlamasında VHP sədri Sabir Rüstəmxanlı YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun hüquq müdafizəçisi Vidadi İskəndərlinin Yeni Azərbaycan Partiyası, onun rəhbərliyi haqqında təhqiramiz vidio paylaşması ilə bağlı müxalif partiya sədrlərinə ünvanladığı müraciətə münasibət bildirəkən deyib.

Onun sözlərinə görə, dialoq mədəniyyətini, tənqid mədəniyyətini bilməyən, tənqid əvəzinə, tənqidin sərhədlərini keçib təhqir edən, sonra adamların şəxsiyyətini alçaldan, ailəsini gözdən salan, şərəf və ləyaqətini alçaldan belə yazılara, çıxışlara təəssüf ki, tez-tez rast gəlirik: "Bu yolverilməz haldır. Mən bunu hər yerdə demişəm, buna qarşı mübarizə aparmışam. Buna görə hətta özüm də dəfələrlə tənqid və təhqir olunmuşam. Mühacirətə gedən adamlara iradlarım var. Onlar iqtidarı tənqid etmək əvəzinə bütün dövləti gözdən salan, dövləti pis vəziyyətdə qoyan, dövlət atributlarına kölgə salan çıxıslara yol verirlər. Buna bu yaxınlarda xaricdə keçirilən toplantıda da demişəm. Hesab edirəm ki, dövlət ancaq qayda-qanun daxilində hərəkət etməlidir və öz yüksək siyasi mədəniyyəti ilə bu yola baş vuranlara bir nümunə göstərməlidir. Başqa yolumuz yoxdur. Yəni, təəssüf ki, Azərbaycanda iqtidarla müxalifət münasibətləri indi az qala düşmənçilik səviyyəsinə gəlib çatıb və bu da ölkənin gələcəyi üçün təhlükə yaradır. Bunun məsuliyyəti dərk olunmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə