Əli Kərimli öz ailəsini idarə edə bilmirsə...

Əli Kərimli öz ailəsini idarə edə bilmirsə...

Yaxud, ona dövlət idarəçiliyini etibar etmək olmaz!

Bəlli olduğu kimi, AXCP sədri Əli Kərimli uzun müddətdir ki, siyasi bloggerliklə məşğul olur, eləcə də söyüş qrupu yaradaraq, trolları vasitəsi ilə Azərbaycanın dövlətçilik maraqlarına qarşı xarici ölkələrdə erməni lobbisi tərəfindən idarə edilən təşkilatlardan müxtəlif təlimatlar alaraq onları həyata keçirməyə cəhdlər göstərir. Məhz bu kimi aspektdən “siyasi mübarizə” apardığını ictimai rəyə zorla sırımağa çalışan Ə.Kərimli son vaxtlar, xüsusilə prezident seçkiləri ərəfəsində xalqı itaətsizliyə çağırır, o cümlədən, mənəvi-əxlaqi dəyərlərdən dəm vurur. Həmçinin, bir sıra cahil dindar şəxsləri də ətrafında toplayaraq, guya “Milli Şura”nın onlara “sahib” çıxdığını nümayiş etdirir. Halbuki, bu gün cəbhə sıralarında kifayət qədər ateistlər mövcuddur ki, onlar sosial şəbəkələrdə dindar kəsimi ələ salır, təhqir edirlər. Lakin buna baxmayaraq, dini, əxlaqi və s. məsələləri siyasi alət kimi istifadə edən Kərimli hələ də bu vasitə ilə özünə divident axtarışına çıxıb. Lakin gəlin görək, öz ailəsini belə, idarə edə bilməyən birinin dövlət rəhbərliyi iddiasına gəlməyə nə qədər haqqı çatır?

Əli Kərimlinin oğlu Türkel Kərimli ailəsinə məxsus “əxlaqi normalarını” barlarda nümayiş etdirir

Halbuki, ailəsi ilə yanaşı, sədri olduğu AXCP-də belə bu günə qədər baş verən və dəfələrlə ictimailəşdirilən hadisələrə nəzər salarkən, məhz bu kimi suallar yaranmağa başlayır. Misal üçün, bu günə kimi AXCP funksionerləri və fəalları ilə bağlı baş vermiş seksual və digər qalmaqallar onun özünün və rəhbərlik etdiyi qurumun mənəvi-əxlaqi durumunu aydın göstərir. Xüsusilə, Ə.Kərimlinin oğlu Türkel Kərimli gah ermənilərlə eyni platformada Azərbaycan dövlətini və xalqını ittiham edir, gah da bahalı barlar və gecə klublarında mənsub olduğu ailənin “əxlaqi normalarını” nümayiş etdirir. Hətta yayılan fotoşəkillərdən də aydın görünür ki, onun əxlaqsız həyatı ikili “standartlara” bənzəyir. Onun gah fahişələrlə, gah da oğlan dostları ilə yayıldığı səmimi şəkilləri də bu cür qənaətə gəlməyə kifayət qədər zəmin yaradır. Ümumiyyətlə, bütün bu kimi hadisələri xatırladıqca, yenə də suallar yaranmağa başlayır. Çünki ailəsini idarə edə bilməyən birisinin xalqı necə idarə edəcəyi son dərəcədə düşündürücüdür. Əli Kərimli hansı haqla hakimiyyət iddiasını reallaşdırmağa çalışır? Onun siyasi partiya idarə etməyə haqqı varmı? Əlbəttə ki, əsla! Ona görə də bu cür insanlar daim ətraflarında baş verən və onlarınm maraqlarına cavab verməyən müsbət proseslərə qısqanclıqla yanaşır, bununla da öz psixoloji problemlərini daha da qabartmış olurlar.

Əbəs deyil ki, müxtəlif cinayət əməlləri törədərək, qaçıb xaricdə ermənilərlə birlikdə Azərbaycana qarşı kampaniya aparanların bir çoxu məhz AXCP fəalları və ya bu partiyaya yaxın olan şəxslərdir

Başqa tərəfdən, bu gün AXCP rəhbərliyində oturan Ə.Kərimlinin həmin siyasi təşkilatı hansı xəyanətkar üsullarla ələ aldığını da xatırlamaq olar. Onun AXCP-nin mərhum sədri Əbülfəz Elçibəyə qarşı apardığı çirkin və heç bir mənəvi dəyərlərə sığmayan kampaniyası sonda “Yurd” qruplaşmasının yaradılması, ondan sonra isə Kərimlinin sədr postunu işğal etməsi ilə nəticələndi. İndi də eyni yollarla hakimiyyətə can atan Ə.Kərimli və onun AXCP-si dövlətə və xalqa qarşı düşmən istehsal edən laboratoriyanı xatırlatmaqdadır. Əbəs deyil ki, müxtəlif cinayət əməlləri törədərək, qaçıb xaricdə ermənilərlə birlikdə Azərbaycana qarşı kampaniya aparanların bir çoxu məhz AXCP fəalları və ya bu partiyaya yaxın olan şəxslərdir. Onlar öz satqnçılıq və iyrənc siyasi məqsədlərini hər yerdə reallaşdırmağa cəhdlər göstərsələr də, kəskin qınaqlarla, hiddətlərlə qarşılanırlar. Ona görə də AXCP deyərkən, onun simvolunun düşmənçilik, əxlaqsızılıq, mənəviyyatsızılıq olduğu görünür. Çünki Əli Kərimliyə xas olan xüsusiyyətlər də məhz bunlardır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə