Şefer: "Dağlıq Qarabağ münaqişəsində status-kvo daimi saxlana bilməz"

Şefer: "Dağlıq Qarabağ münaqişəsində status-kvo daimi saxlana bilməz"

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində indiki status-kvo uzunmüddətli perspektivdə saxlana bilməsə də, bu münaqişənin hərbi həll yolu yoxdur. SİA-nın məlumatına görə, bunu trend-ə eksklüziv müsahibəsində ABŞ-ın ATƏT Minsk qrupundakı həmsədri Endrü Şefer deyib.

Diplomat vurğulayıb ki, ABŞ münaqişənin həlli üzrə danışıqlar prosesini dəstəkləyir və həmsədr ölkə qismində Azərbaycan və Ermənistanla fəal qarşılıqlı fəaliyyəti davam etdirəcək: “ABŞ-ın uzunmüddətli siyasəti ondan ibarətdir ki, ədalətli nizamlanma beynəlxalq hüquq normaları, o cümlədən Helsinki Yekun Aktı və onun güc tətbiqetməmə, ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır”.

E.Şeferin sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin 2017-ci il Cenevrədə danışıqlar prosesinin intensivləşdirilməsi və gərginliyin azaldılması ilə bağlı əlavə tədbirlərin görülməsi üçün götürdüyü öhdəliklər bu reallığı əks etdirir: “Cenevrədəki görüşdən sonra biz münaqişə tərəfləri ilə öhdəliklərin həyata keçirilməsi üçün böyük iş aparmışıq və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə