Azərbaycan tarixinə dair 300 kitabın elektronlaşdırılmasını planlaşdırılır

Azərbaycan tarixinə dair 300 kitabın elektronlaşdırılmasını planlaşdırılır
"İrəli" İctimai Birliyinin təklif etdiyi history.az saytı qısa müddətli fəaliyyətinə baxmayaraq Gənclər və İdman Nazirliyi tərəfindən "Beynəlxalq aləmdə Azərbaycan tarixini təbliğ edilməsi"nə görə və ilin ən yaxşı saytı olaraq "Netyy" mükafatına layiq görülüb. Birliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sayt ehtiyacı olan tarixi materialı tapmaqda çətinlik çəkən və saatlarla kitabxanada vaxt itkisi ilə üzləşən oxuculara Azərbaycan tarixinə dair bütün məlumatları asan şəkildə əldə etmək şansı verir. Ən çox yüklənən kitablar da kitabxanalarda olmayan çox az tapılan tələbələr üçün dərs vəsaiti sayılan kitablardır.

Qeyd edək ki, bu günə qədər history.az saytında 228 kitab, 47 sənəd, 4 məqalə elektronlaşdırılıb. Dekabr ayından bu günə kimi 162.423 kitab yüklənilib. "İrəli" İctimai Birliyinin Tarix Mərkəzi layihənin sonunda Azərbaycan tarixinə dair 300 kitabın elektronlaşdırılmasını planlaşdırır.

Məlumat üçün nəzərinizə çatdıraq ki, ən çox yüklənən kitablar kitabxanalarda olmayan çox az tapılan tələbələr üçün dərs vəsaiti sayılan kitablardır.

Bütün xəbərlər Facebook səhifəmizdə