Almaniyanın georeisecommunity.de saytında Dağlıq Qarabağa dair təxribat xarakterli informasiya yerləşdirilib
Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyindən daxil olan məlumata əsasən, cari ilin oktyabr ayında Almaniyanın tanınmış internet səhifələrindən olan georeisecommunity.de saytında Dağlıq Qarabağa dair təxribat xarakterli informasiya yerləşdirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, məsələ ilə əlaqədar Səfirlik sözügedən saytın daxil olduğu Geo.de GmbH şirkətinin rəhbərliyi ilə əlaqə saxlamış, ermənilərin bu saytdan təbliğat məqsədi ilə istifadə etdiyi onların diqqətinə çatdırılmış və rəhbərliyə Səfirliyin müvafiq izahedici məktubu göndərilib.
Şirkətin rəhbərliyi səfirliyimizin etirazına qısa müddət ərzində müsbət cavab vermiş, məktub sözügedən şirkətə daxil olduqdan dərhal sonra saytda yerləşdirilmiş, Dağlıq Qarabağla bağlı təxribat xarakterli məlumatlar çıxarılmış və şirkət rəhbərliyi tərəfindən Səfirliyimizə baş verənlərdən təəssüfləndiklərini və səfirliyimizin haqlı mövqeyini eşitdikdən sonra edilmiş səhvin düzəldildiyini ifadə edən məktub göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB