Lənkəranda yol polisi reydlər keçirib

Lənkəranda yol polisi reydlər keçirib

Lənkəran Şəhər Rayon Polis Şöbəsi Lənkəran Dövlət Yol Polisi Bölməsinin(DYPB) əməkdaşları ilə bigə rayon ərazisində reydlər keçiriblər. DYPB-nin müfəttişi Şəmsəddin Abdullayevin SİA-nın cənub bürosuna verdiyi məlumata görə, reydlərin keçirilməsində əsas məqsəd avtomaşınlara qoyulan səs gücləndiricilərin, pərdə və plyonkaların, eləcə də sürücülük vəsiqələri olmayan şəxslərin aşkarlanmasından ibarət olub.

Reyd zamanı 100-ə yaxın avtomaşın DYPB əməkdaşları tərəfindən saxlanılaraq baxışdan keçirilib. Son günlər keçirilən reydlər zamanı 5 sürücü avtomobilə görməni məhdudlaşdıran vasitələr vurlduğuna, 2 sürücü avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə , 3 sürücü isə avtomobili idarəetmə hüququ olmadan sürdüyünə görə saxlanılaraq müvafiq tədbirlər görülüb.

Ümumilikdə, 30-a yaxın sürücü yol hərəkəti qaydalarını bu və ya digər şəkildə pozduqlarına görə saxlanılaraq barələrində inzibati tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə