"Azərbaycanın təcrübəsi seçkilərin demokratik və ədalətli keçirilməsi üçün münbit şərait yaradır"

"Azərbaycanın təcrübəsi seçkilərin demokratik və ədalətli keçirilməsi üçün münbit şərait yaradır"

Prezident seçkilərinin Azərbaycan xalqının maraqlarına uyğun şəkildə keçiriləcəyinə əminik. Təbii ki, Azərbaycandakı mövcud vəziyyət və indiyə qədər olan təcrübə bunu deməyə əsas verir. SİA-nın xəbərinə görə, bunu sechki-2018.az saytına açıqlamasında qazaxıstanlı ekspert-jurnalist Nurqali Yusipbay deyib.

N.Yusipbay qeyd edib ki, Azərbaycanın seçki təcrübəsi və mövcud qanunvericilik seçkilərin demokratik və ədalətli keçirilməsi üçün münbit şərait yaradır: "Azərbaycan və Qazaxıstan qardaş ölkələrdir və dövlət başçıları bu qardaşlığı daha da inkişaf etdirirlər. Bu baxımdan, Azərbaycandakı seçkilər Qazaxıstan üçün də maraqlıdır. Biz bu seçkilərin Azərbaycan xalqının maraqlarına uyğun şəkildə keçiriləcəyinə əminik. Təbii ki, Azərbaycandakı mövcud vəziyyət və indiyə qədər olan təcrübə buna imkan verir".

Azərbaycanda seçkilərin yüksək standartlara uyğun keçirilməsi üçün bütün imkanların mövcud olduğunu qeyd edən N.Yusipbay bəzi xarici dairələrin Azərbaycanda keçirilən seçkilərə zaman-zaman müdaxilə etməsi, seçkilər zamanı Azərbaycan haqqında mənfi rəy yaratmaq cəhdlərini də xatırladaraq deyib: “Bu cür qüvvələrin məqsədi Azərbaycandakı demokratik seçkilərə kölgə salmaqdır. Lakin belə cəhdlər heç vaxt Azərbaycan xalqının öz gələcəyini seçməyinə təsir edə bilməyib. Əminik ki, bu dəfə də təsir edə bilməyəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə