Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar "700 000 ağac əkək" kampaniyası çərçivəsində YAP Quba rayon təşkilatı tərəfindən 1 mart tarixində ağacəkmə aksiyasının II mərhələsinə start verilib. Ağacəkmə aksiyası uğurla davam etdirilir. Aksiyada YAP Quba rayon təşkilatının fəalları, ilk ərazi partiya təşkilat sədrləri və YAP üzvləri iştirak edib. Aksiyada YAP Quba rayon təşkilatının 104 ilk partiya təşkilatı cəlb olunub və 3700 ağac əkilməsi nəzərdə tutulub. Məlumat üçün bildirək ki, ağacəkmə kampaniyasının I mərhələsində 4305 ağac əkilmişdir ki, bunlar əsasən, Eldar şamı, tuya və fındıq ağaclarıdır.
Aksiyanın II mərhələsi may ayının 15 kimi davam etdiriləcək.
NƏZAKƏT
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB