"Növbədənkənar parlament seçkiləri planlaşdırılmır"

"Növbədənkənar parlament seçkiləri planlaşdırılmır"

“Türkiyədə növbədənkənar parlament seçkiləri planlaşdırılmır”. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin Baş nazirinin müavini Bəkir Bozdağ deyib.

B.Bozdağ bildirib ki, KİV-lərdə 2018-ci ilin əvvəlində növbədənkənar parlament seçkilərinin keçirilməsi xəbəri həqiqəti əks etdirmir.

Qeyd edək ki, daha öncə Türkiyə KİV-ləri bidirmişdi ki, Maral Akşener tərəfindən ölkədə yeni müxalifət partiyası yaradıldıqdan sonra ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə