ABŞ prezidenti Donald Tramp Qətər əmiri Təmim bin Həməd Al Tanini aprel ayında ölkəyə səfər etməyə dəvət edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, səfərlə bağlı təklif onlar arasında keçirilən telefon danışığı zamanı səsləndirilib.
Məlumata əsasən, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. Xəbərdə bildirilir ki, tərəflər danışıq zamanı Vaşinqtonla Doha arasında qarşılıqlı əlaqələri möhkəmləndirmək və inkişaf etdirməyin vacibliyini vurğulayıblar.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB