Milli satqınlar ermənilərlə işbirliyinin növbəti sübutu! SİYASİ RAKURS+FOTOFAKT
Avropanın “siyasi mühacirləri” ifşa olunmaqda davam edir
Özlərini gah “dissident”, gah “siyasi mühacir” və s. qismində zorla ictimai rəyə sırımağa cəhd edən milli satqınlar yığnağına haqlı olaraq erməni lobbisinə işləməkləri, yaxud xarici ölkələrdəki zəngin ermənilərin pulları hesabına fəaliyyət göstərən müxtəlif adda qurumlar qarşısında müəyyən öhdəliklər götürmələri ittihamları irəli sürülərkən, onlar hər vəchlə bu ittihamları rədd edir, guya Azərbaycan xalqının maraqlarından çıxış etdiklərini bildirirlər. Lakin zaman keçdikcə, xalq tamamilə əksini görür və hər dəfə danılmaz sübutlarla təsdiq edilir ki, onların “siyasi fəaliyyətləri” bilavasitə dövlət maraqları əleyhinə atılmış xəyanətkar, satqınçılıq addımlardan ibarətdir.
Əli Kərimlinin Silahlı Qüvvələrimizin əleyhinə dediyi fikirləri dərhal erməni mediasında yer almışdı
Əsas məsələyə keçməmişdən öncə, elə də uzağa getməyərək biz, 2016-cı ilin aprelində Qarabağ cəbhəsində erməni təxribatının qarşısını alan şanlı Azərbaycan Ordusunun əldə etdiyi zəfərinin ardınca bu simasızların başlatdıqları kampaniyaları xatırlaya bilərik. Silahlı Qüvvələrimiz tərəfindən strateji yüksəkliklərin ələ keçirilməsi, o cümlədən, yaşayış məntəqələrinin işğaldan azad edilməsi fonunda dərhal erməni lobbisinin tapşırıqları əsasında sosial şəbəkələrdə iyrənc üsullara əl atanlar aprel şəhidlərinin ruhlarını təhqir edərək, qazanılan qələbəyə kölgə salmağa cəhdlər göstərdilər. O cümlədən, bu gün onlara dəstək göstərən radikal müxalifət “liderləri”, xüsusilə “Milli Şura” təmsilçiləri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli adıçəkilən qurumun mitinqlərində hər bir azərbaycanlının şərəf mənbəyi olan Azərbaycan Ordusuna qara yaxmağa başladılar. Misal üçün, Ə.Kərimlinin Silahlı Qüvvələrimizin əleyhinə dediyi fikirləri dərhal erməni mediasında yer aldı. (Fotosübut aşağıda-R.N.) G.Hacıbəylinin əsgərlərimizin guya köhnə və sınıq silahlarla təchiz edilməsi barədəki sərsəm iddiaları da həmçinin! Əlbəttə, Avropada yaşayan milli satqınlar da bu istiqamətdə boş dayanmadılar.
Onlar Aprel zəfərimizi necə ələ salırdılar?
Erməni pulu hesabına fəaliyyət göstərən “Meydan TV”nin əməkdaşı Elmir Mirzoyev adlı üzdəniraq dərhal sosial şəbəkədə statuslar paylaşaraq, Aprel qələbəsini gözdən salmaq üçün iyrənc fikirləri ilə özünə qarşı daha ağır ikrah hissləri oyatdı (fotolar aşağıda-R.N.) Bundan sonra isə ermənilərin mediası və sosial şəbəkədəki qrupları həmin fikirləri tirajlamağa başladılar. Məsələn, digər milli xəyanətkar – Azərbaycan dövlətini və xalqını hər addımında təhqir edən dırnaqrarası karikaturaçı Gündüz Ağayevin cızma-qaraları dərhal ermənilər tərəfindən paylaşılmağa başladı. Ani Marqaryan adlı erməninin aşağıdakı fotodakı münasibəti sübut olaraq ortadadır. Həmçinin, sosial şəbəkələrdə açılan müxtəlif adda səhifələr də eynilə əldə edilən qələbəyə kölgə salan statuslar paylaşırdı. Biz, təkcə “Hamam Times” adlı səhifədə Azərbaycan xalqının əsgərlərimizlə qələbə sevinclərini bölüşdüyü fotolarına sərsəm münasibətdə yazılan və ikrah hissi doğuran bir fikri dəyərli oxucularımıza təqdim edir və xatırladırıq!
Əlbəttə, bütün bunlar faktıdr ki, belələrinin məqsədləri erməni ağalarına nökərçilik edərək, daha çox maddi imkan əldə etmək və Avropadakı oturum iznlərini möhkəmləndirməkdən ibarət olub, bu gün də belə qalmaqda davam edir.
Sahib Məmmədov: “Qızları erməni gədələri ilə sms-ləşir, oğlanları Avropada qapı-qapı sülənib erməni sifarişi ilə aksiayalr keçirir”
Yeri gəlmişkən, Azərbaycanın tanınmış QHT rəhbərlərindən olan Sahib Məmmədov sosial şəbəkədəki səhifəsində Xocalı soyqırımı günündə xatırladıb ki, soyqırımı günü həmçinin Milli Qəhrəmanımız, bu şəhərin müdafiəçisi Əlif Hcıyevin anadan olduğu ündür. Avropadakı ermənilərlə iş birliyində olan milli satqınları ittiham edən S.Məmmədov statusunda yazıb: “Bu gün həm də PİN rəhbəri Yaromir Ştetinin quldur adlandırıdırdığı və təhqiramiz sözlərlə xatırlatıdğ Əlif Hacıyevin şəhid olduğu gündür. Milli Qəhrəman Əlif Hacıyev son nəfəsinə qədər döyüşdü, mülki əhalinin bir hissəsini yanar qazanın içərisindən çıxara bildi. Amma indi onun xeyli həmvətəni PİN-ə nökərçilik edir. Özləri cəhənnəm, ailələri ilə birgə. Qızları erməni gədələri ilə sms-ləşir, oğlanları Avropada qapı-qapı sülənib erməni sifarişi ilə aksiayalr keçirir. Özləri Strasburqda PİN tərəfindən ağızları tikilmiş halda erməniyə dəstək aksiyaları keçirir. Nə edirsiz-edin. Özünüz də ailə üzvləriniz də nə vaxtsa bu dünyadan gedəcəksiz. Şərəfsiz həyatınız başa çatacaq. Tarixdə qalan Əlif Hacıyev kimilər olacaq."
Çox yəqin ki, təkcə bu statusu təhlil etməyə gərək də qalmır. Burada yazılan ifadələr özü-özülüyündə Avropadakı milli satqınların “kimliklərini” bütün çılpaqlığı ilə ortaya qoyur.
“Meydan TV” adlı Şeytan TV-nin statusları erməni Ani Marqaryan tərəfindən bəyənilir və paylaşılır...
Digər ilginc məqam isə yenə də “Meydan TV”-nin sosial şəbəkədəki səhifəsində Azərbaycan əleyhinə yazılmış yazının ermənilər tərəfindən bəyənilərək, paylaşılmasıdır. Belə ki, Armen Arm adlı erməni sosial şəbəkə istifadəçisi Anna Mikaxyola adlı ermənipərəstin paylaşdığı və bir neçə gün öncə ağzı köpüklənə-köpüklənə ermənilərə işləmədiyini iddia dən Orduxan Teymurxanın ermənilərin vandal olmaması iddiasını dərhal Ermənistanın xeyrinə paylaşıb. Marqaryan yazıb ki, Azərbaycan müharibəyə hazır deyil, bir təpəyə görə bu qədər insan nahaq həlak olub, guya gənclər döyüşmək istəmirlər və s. Beləliklə, Ani Margaryan erməniləri əmin edib ki, heç də narahat olmasınlar, yəni Orduxanın dediklərindən həm də belə anlaşılır ki, Azərbaycan müharibə etməyəcək və s. (?!)
Bəli, bu Meydan TV” adlı Şeytan TV-nin ermənilərin maliyyələşdirdiyi PİN təşkilatından aldığı pulun nəticəsidir və milli satnıqların erməni lobbisinə nökərçilik etmələrinin bariz sübutudur! Nəticə olaraq, həm də belə düşünmək olar ki, artıq belə milli satqınlar barədə mütləq mənada ciddi ölçülərin götürülməsi vacibliyi, eləcə də zərurəti yaranıb. Əks halda, onların bu kimi fəaliyyətləri bundan sonra da düşmən və işğalçı Ermənistanın maraqlarına xidmət edəcək. Hər halda, arzuolunmaz fəsadların aradan qaldırılması üçün müvafiq addımlar atılmalıdır!
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB