Fransada həftələrlə davam edən etiraz aksiyalarına baxmayaraq parlament prezident Nikola Sarkozinin pensiya islahatlarını qəbul edib. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, son səsvermədə qanunvericilər 336-233 səs nisbəti ilə sənədi təsdiq ediblər.
Sarkozinin qanunu noyabrın ortalarında imzalyacağı gözlənilir. Bu qanun pensiya yaş həddini 60-dan 62-yə qaldıracaq. Milyonlarla adam etiraz əlaməti olaraq küçələrə çıxmış, işlərini dayandırıblar. Ölkə boyu keçirilən tətillər Fransaya gündəlik 560 milyon dollara başa gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB