Azərbaycan Prezidenti Çexiyanın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Çexiyanın dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çexiya Respublikasının milli bayramı münasibətilə Prezident Vatslav Klausa təbrik məktubu ünvanlayıb.

SİA-nın məlumatına görə, məktubda deyilir: "Çexiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu gün Azərbaycan ilə Çexiya arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir. Daim genişlənən dostluq əlaqələrimiz qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımız üçün böyük imkanlar açır. Əminəm ki, bu imkanlardan səmərəli istifadə olunması istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çexiya xalqına sülh və firavanlıq arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə