Pakistanlı general: "Xocalıda törədilmiş vəhşiliklərin oxşarını görməmişəm"
Azərbaycanın Pakistandakı səfirliyi və Pakistan Xarici İşlər Nazirliyinin İslmabad Strateji Tədqiqatlar İnstitutu tərəfindən təşkil olunmuş, “Xocalı Soyqırımının” 26-cı ildönümünə və “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nün 100-cü ildönümünə həsr olunmuş “İnsanlığa qarşı cinayətlər-Etnik Təmizləmə və Soyqırımları” mövzusunda seminar İslamabad şəhərində keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, Pakistan Baş Nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, ehtiyyatda olan general-leytenat Nasir Xan Cancuanın ali qonaq qismində iştirak etdiyi tədbirə İslamabad Strateji Tədqiqatlar İnstitutunun direktoru, səfir Xalid Mahmud, Kayde Əzəm Universitetinin beynəlxalq əlaqələr fakültəsinin professoru Zafar Caspal, Türkiyə, Özbəkistan və Tacikistanın Pakistandakı səfirləri, yüksək rütbəli diplomatlar, media mənsubları, tədqiqatçılar və ictimaiyyətin nümayəndələri qatılıblar. Seminarda Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilib, Xocalı Soyqırımına dair sənədli film nümayiş etdirilmiş, seminarın keçirildiyi zalın foyesində qətliamın nəticələrini əks etdirən foto-stend, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, bukletlər və digər əyani materiallar sərgilənib, iştirakçılar arasında yayılıb və paylanıb.
Seminarı giriş sözü ilə açan İnstitutun direktoru Xalid Mahmud “Böyük Ermənistan” xəyalları ilə yaşayan erməni ekstremistlərinin tarixən Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yeritdiyini, 1918-ci ilin mart ayında Azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdiyini, özünün Azərbaycana səfəri zamanı Quba məzarlığında bu qəddarlığın şahidi olduğunu qeyd edib, Ermənistan tərəfindən törədilən, tarixin ən dəhşətli hadisələrindən olan Xocalı Soyqırımının artıq dünya tərəfindən qəbul edilərək tanındığını vurğulanıb.
Kayde Əzəm Universitetinin beynəlxalq əlaqələr fakültəsinin professoru Zafar Caspal bəşəriyyət əleyhinə cinayətlərə siyasi mülahizələr səbəbindən zamanında ədalətli qiymət verilmədiyini, ikili standardlar üzündən dünyanın aparıcı dövlətlərinin Ermənistan tərəfindən törədilən soyqırımların, o cümlədən Xocalı Soyqırımına ədalətli münasibət göstərilmədiyini diqqətə çatdırıb, Xocalıya ədalətin bərqərar edilməsinə çağırıb.
Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa Yurdakul Azərbaycan türklərinə qarşı Ermənistanın törətdiyi Xocalı Soyqırımının Türkiyə xalqının zehnində və ürəyində olduğunu, Azərbaycanın ağrı-acısının Türkiyənin ağrı-acısı olduğunu vurğulayaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyini, bununla bağlı BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrasının vacibliyini ifadə edib. Dünya güclərinin türk və müsəlmanlara qarşı ayrıseçkiliyə yol verdiyini bildirən səfir Ermənistanın 1915-ci il hadisələrinə dair iddialarının əsassız olduğunu, Ermənistanın türklərə qarşı etnik təmizləmə siyasətindən əl çəkərək, sülhə gəlməli olduğunu deyib.
Son 100 il ərzində böyük Ermənistan dövlətinin yaradılması xülyaları ilə ermənilər tərəfindən azərbaycanlılara və ümumilikdə türklərə qarşı törədilmiş terrorçuluq və etnik təmizləmə siyasəti barədə məlumat verən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ermənilərin 1905-1907 və 1918-20-ci illərdə azərbaycanlılara qarşı aşkar şəkildə genişmiqyaslı cinayətlər törətdiyini, yalnız Azərbaycanda deyil, Türkiyə, İran və bir sıra digər ölkələrdə qətliamlar həyata keçirdiyini vurğulayıb. 2010-2016-cı illərdə İranda baş konsul işlədiyi vaxtlarda ermənilərin törətdiyi qırğınların hələ də Təbriz, Urmiya, Xoy və Səlmas əhalisinin yaddaşında qalmasının bilavasitə şahidi olduğunu ifadə edən səfir ermənilərin sistemli şəkildə Azərbaycanlılara qarşı soyqırım siyasətini reallaşdırmağa çalışdığını, 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətdiyini, Xocalını yerlə yeksan etdiyini və qədim Azərbaycan tarixini əks etdirən abidələri, muzeyləri və məscidləri tamamilə dağıtdığını qeyd edib. Ümummilli lider Heydər Əliyevin “Xocalı Soyqırımı erməni şovinistləri və millətçiləri tərəfindən son 200 ildə Azərbaycanlılara qarşı davamlı aparılan soyqırım və etnik təmizləmə siyasətinin davamı və ən qanlı səhifəsidir”-sözlərindən sitat gətirən səfir Xocalı Soyqırımını tanıyan ölkələrin sayının ilbəil artdığını bildirərək, 2012-ci ildə Pakistan Senatının xarici əlaqələr komitəsi və 2017-ci ildə Pakistan Milli Assambleyasının xarici işlər komitəsinin Xocalı Soyqırımının tanınmasına və Ermənistanın Azərbaycan torpaqlarının işğalını sərt şəkildə qınamasına görə Pakistan xalqına və dövlərinə minnətdarlığını çatdırıb. Səfir beynəlxalq hüquqa uyğun olaraq və BMT-nin qətnamələrinə əsaslanaraq, beynəlxalq ictimaiyyəti təcavüzkarın qarşısının alınmasına və soyqırımı törədənlərə qarşı praktiki addımlar atılmasına çağırıb.
Xüsusi qəddarlıqla törədilən Xocalı Soyqırımının tarixin ən ağrılı olaylarından olduğunu və Pakistanın hər zaman Azərbaycanın dərdinə şərik çıxdığını bildirən tədbirin ali qonağı, Pakistan Baş Nazirinin milli təhlükəsizlik üzrə müşaviri, ehtiyyatda olan general-leytenant Nasir Xan Cancua 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra Azərbaycanla Pakistan arasında çox səmimi dostluq və qardaşlıq münasibətlərinin yarandığını və bütün sahələr üzrə inkişaf etdiyini diqqətə çatdırıb. Hərbçi general kimi müxtəlif döyüşlərin şahidi olduğunu, amma Xocalıda silahsız, kimsəsiz insanlara qarşı edilmiş vəhşiliklərin misli görünmədiyini deyən Baş nazirin müşaviri Pakistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində daim Azərbaycanı dəstəklədiyini, 2012-ci ildə Pakistan Senatının, 2017-ci ildə isə Pakistan Milli Assambleyasının xarici işlər komitəsinin Xocalı Soyqırımını tanıyan və Ermənistan qoşunlarının bütün Azərbaycan torpaqlarını tərk etməsini tələb edən müvafiq qətnamələr qəbul etdiklərini bildirib. Ötən dövr ərzində xüsusi tərəqiyyə və inkişafa nail olmuş Azərbaycanın hüzuru ilə yanaşı acısının da Pakistanın acısı olduğunu, Kəşmir məsələsinin həllində Pakistana verdiyi dəstəyə və Kəşmir üzrə İƏT Təmas qrupunun üzvü kimi verdiyi töhfələrə görə Azərbaycana təşəkkürlərini ifadə edən Baş nazirin müşaviri Azərbaycan-Pakistan əlaqələrinin bütün sahələr üzrə daha da inkişaf edəcəyinə əmin olduğunu bəyan edib.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və iştirakçılar üçün təşkil olunan çay süfrəsi ilə yekunlaşıb. Seminar həmçinin, Pakistanın aparıcı televiziyaları və qəzetləri tərəfindən geniş işıqlandırılmış, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin müsahibələri televiziyalarda yayımlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
"Çelsi"də mövsümün ən yaxşı oyunçusu bəlli olub
İdman 06:06Qobustanda avtomobil aşıb, xəsarət alan var
Hadisə 05:28Si Cinpin Serbiyada səfərdədir
Dünya 05:11Maradonanın “Qızıl top”u hərraca çıxarılıb
İdman 04:12Nebahat Çehredən pərəstişkarlarını qorxudan xəbər - FOTOLAR
Şou-Biznes 03:34“TikTok” ABŞ hökumətini məhkəməyə verir
Dünya 01:30Türkiyə kubokunda ilk finalçı bilindi
İdman 01:04"Putin müharibəni bitirmək istəmir..?"
Dünya 00:35Rusiya Xarkova böyük hücum planlaşdırır..?
Dünya 00:26Apple ən nazik planşetlərini təqdim etdi...
Texnologiya 7 May 23:53Dünyanın ən yaxşı qatıq yeməyi
Maraqlı 7 May 23:47Dünyanın ən uzun bageti
Maraqlı 7 May 23:34Tatuirovkalar dəri xərçənginə səbəb ola bilərmi..?
Maraqlı 7 May 23:25Lorina MakKennit İzmir, Ankara və İstanbulda konsert verəcək
Şou-Biznes 7 May 23:16RBC: Rusiyada şokolad bahalaşacaq
Dünya 7 May 23:05Ukraynalı müğənni “Eurovision 2024”-ün məşqində səhnəyə yıxılıb
Şou-Biznes 7 May 22:56Peskov xüsusi hərbi əməliyyatın ilkin məqsədini açıqlayıb
Dünya 7 May 22:34Zaqatalada 15 nəfər dönərdən zəhərlənib.
Hadisə 7 May 22:26“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib
Mədəniyyət 7 May 22:15Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib
İdman 7 May 22:02BMT-nin baş katibi Putinə məktub göndərəcək
Dünya 7 May 21:56"O, bu yay "Mançester Siti"dən ayrılmaq istəmir"
İdman 7 May 21:44Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib
Siyasət 7 May 21:37Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir
Siyasət 7 May 21:26Bəzi Aİ ölkələri Rusiya aktivlərindən istifadə etmək istəmir...
Dünya 7 May 21:18Ukraynada yeni ordu növü yaradılır...
Dünya 7 May 21:08Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
Dünya 7 May 20:54Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
İqtisadiyyat 7 May 20:47"Freedom House" Rusiyada “arzuolunmaz” təşkilat kimi tanınıb
Dünya 7 May 20:38Mbappe "Real"da neçə nömrəli forma geyinəcək?
İdman 7 May 20:24Rusların 8 motosikleti və piyadaların döyüş maşını məhv edilib
Dünya 7 May 20:18Naxçıvan ASAN Vəkil Bürosu açılıb
Sosial 7 May 20:05Avstriya NATO-ya daxil olmaq istəmir..?
Dünya 7 May 20:03Rusiyadan sonra Belarus da nüvə silahı daşıyıcılarını yoxlayacaq
Dünya 7 May 19:54Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
Siyasət 7 May 19:4630 ildən sonra nəşi tapılan şəhid doğma kəndində dəfn edilib
Sosial 7 May 19:33FIFA prezidenti COP29-a dəvət olunub
Siyasət 7 May 19:30Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
Sosial 7 May 19:22“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı
Təhsil 7 May 19:17UNİCEF: ''Rəfahdakı uşaqlar üçün atəşkəsə ehtiyacımız var''
Dünya 7 May 19:04Əli Əsədov Ankarada Ümummilli Liderin abidəsini ziyarət edib
Siyasət 7 May 18:52Afrikalı tələbə “Əbədi məşəl” hörmətsizlik edib və...
Dünya 7 May 18:45Berlin polisi Qələbə Günündə rus simvollarını qadağan edib
Dünya 7 May 18:33Kadırov Putinin “inaqurasiya mərasimində” ayaq üstə dura bilməyib
Dünya 7 May 18:23Qırğızıstan və Tacikistan sərhədində atışma baş verib
Dünya 7 May 18:12Patriarxı Kirill Putinin ömürlük hakimiyyətdə qalmasını arzulayıb
Dünya 7 May 18:05“…Beləcə, miqrasiyaya yeni yanaşmalar gəlməlidir”
Dünya 7 May 17:56Reallıqlar fonunda PARADOKSALLIQ – TƏHLİL
Siyasət 7 May 17:46Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib - FOTOLAR
Siyasət 7 May 17:25Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib - FOTOLAR
Siyasət 7 May 17:20Narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar
Hadisə 7 May 17:12İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
İdman 7 May 17:11“Çelsi” belçikalı hücumçunun satış qiymətini açıqladı
İdman 7 May 17:05Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb
İqtisadiyyat 7 May 17:02“Tarixi silmək, dəyişmək, unutmaq, unutdurmaq olmaz“ - ŞƏRH EDİLDİ
Siyasət 7 May 17:02“Depressiya ciddi psixoloji xəstəlikdir“ - PSİXOLOQ DANIŞDI
Sosial 7 May 16:48Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb
Dünya 7 May 16:41Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
İdman 7 May 16:38Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə edib
İqtisadiyyat 7 May 16:35Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 7 May 16:33"Araz-Naxçıvan” futzal üzrə Azərbaycan Kubokunun qalibi olub
İdman 7 May 16:32“Volleyball” turnirinin final mərhələsi keçirilib - FOTOLAR
İdman 7 May 16:25Haqq-ədalətin bərpa olunduğu tarixi gün TƏHLİL
Siyasət 7 May 16:24“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb
Siyasət 7 May 16:21Kuba Prezidenti Rusiyada səfərdədir
Dünya 7 May 16:18Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 7 May 16:05Azərbaycanın sabiq Baş naziri ADU-dakı vəzifəsindən azad olunub
Təhsil 7 May 15:53"Şuşaya da ilk köç karvanı bu günlərdə olacaq" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
Siyasət 7 May 15:51“Barselona” Xavini qova bilər
İdman 7 May 15:41Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL
Siyasət 7 May 15:38Braziliya millisinin sabiq futbolçusu həbs olunub
İdman 7 May 15:38“Faktiki qiyabi təhsil keyfiyyətcə zəifdir” - MÜNASİBƏT BİLDİRİLDİ
Təhsil 7 May 15:35"Bu gün də Azərbaycan həmin yol ilə irəliləyir, inkişaf edir” - TARİXÇİ DANIŞDI
Siyasət 7 May 15:34Türkiyədə terrorçuların 27 sığınacağı məhv edilib
Dünya 7 May 15:28Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir
Hadisə 7 May 15:23Özəl xəbərlər
Digər xəbərlərReallıqlar fonunda PARADOKSALLIQ – TƏHLİL
Siyasət 7 May 17:46“Tarixi silmək, dəyişmək, unutmaq, unutdurmaq olmaz“ - ŞƏRH EDİLDİ
Siyasət 7 May 17:02“Depressiya ciddi psixoloji xəstəlikdir“ - PSİXOLOQ DANIŞDI
Sosial 7 May 16:48Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8303 +0,03%
- GBP 2,1341 +0,07%
- RUB 0,0186 +0,54%