Şəmkirdə "Antik və orta əsr Azərbaycan şəhərləri, arxeoloji irsi, tarixi və memarlığı" mövzusunda ikigünlük beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun, Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, həmçinin Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən olan alimlər iştirak edib.
Tədbirin ilk günü konfransın ölkə üçün əhəmiyyətindən danışılıb.
İştirakçıları salamlayan AMEA prezidenti Mahmud Kərimov qeyd edib ki, son illər ölkənin müxtəlif ərazilərində arxeoloji tədqiqatlar genişləndirilir. Təkcə 3 il ərzində dövlət tərəfindən bu işlər üçün ayrılan vəsaitlər hesabına respublikanın müxtəlif bölgələrində 40 mindən artıq maddi mədəniyyət nümunəsi aşkar edilib. Bu kofnrans da Azərbaycan tarixinin öyrənilməsi və təbliğ edilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Konfransda həmçinin diqqətə çatdırılb ki, Azərbaycan alimlərinin xarici tarixçilərlə birgə həyata keçirdiyi arxeoloji tədqiqatlar nəticəsində 40-a yaxın regionda genişmiqyaslı arxeoloji qazıntılar aparılıb.
Tədbirə sabah Gədəbəy rayonunda yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB