QDİƏT PA Azərbaycanda prezident seçkilərini izləyəcək

QDİƏT PA Azərbaycanda prezident seçkilərini izləyəcək

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏP) Parlament Assambleyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Bu barədə SİA-ya QDİƏT PA-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası ölkəyə müşahidə missiyası göndərəcək.

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə