Azərbaycan prezidenti Həştərxan şəhərində Heydər Əliyevin abidəsinin açılış mərasimində iştirak edib - SƏFƏR

Azərbaycan prezidenti Həştərxan şəhərində Heydər Əliyevin abidəsinin açılış mərasimində iştirak edib - SƏFƏR

Rusiyada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Həştərxan şəhərində Heydər Əliyevin abidəsinin açılış mərasimində iştirak edib. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata görə, açılış mərasiminə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin də qatılıb.

 

Açılış mərasimində çıxış edən Azərbaycan prezidenti şəhərdə Heydər Əliyevə abidə ucaltmaq təşəbbüsünü dəstəklədiyinə görə Həştərxan vilayətinin qubernatoruna və şəhər ictimaiyyətinə öz minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə