Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri erməni əsirliyində olan Azərbaycan hərbçiləri ilə görüşüblər

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri erməni əsirliyində olan Azərbaycan hərbçiləri ilə görüşüblər
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri erməni əsirliyində olan Azərbaycan hərbçiləri ilə görüşüblər. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, BQXK-nın Ermənistan nümayəndəliyinin əməkdaşları erməni əsirliyində olan Azərbaycan hərbiçilərinə və bir nəfər mülki şəxsə baş çəkiblər. Beynəlxalq qurumun nümayəndələri həmin şəxslərin saxlanma şəraiti və fiziki durumu ilə maraqlanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə