Özbəkistanın Azərbaycandakı səfiri Strateji Araşdırmalar Mərkəzində çıxış edəcək

Özbəkistanın Azərbaycandakı səfiri Strateji Araşdırmalar Mərkəzində çıxış edəcək

Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) xüsusi layihə üzrə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə müzakirəli görüşləri davam etdirir. SAM-dan SİA-ya verilən məlumata görə, layihə çərçivəsində oktyabrın 29-da "Müasir regional geosiyasət kontekstində Azərbaycan-Özbəkistan münasibətləri" mövzusunda müzakirəli görüş təşkil olunacaq. Mərkəzin konfrans zalında keçiriləcək tədbirdə əsas məruzəçi qismində Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşev çıxış edəcək.

 

XİN-in məsul əməkdaşları, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin də iştirak edəcəyi toplantıda səfir Azərbaycan-Özbəkistan münasibətləri, iki ölkə arasında olan siyasi, iqtisadi və mədəni əlaqələrdən danışacaq, iştirakçıların suallarını cavablandıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə