Türkiyədə ABŞ əleyhinə aksiyalar keçirilir

Türkiyədə ABŞ əleyhinə aksiyalar keçirilir

Ankarada ABŞ əleyhinə aksiyalar keçirilir. Türkiyə polisi gözyaşardıcı qazdan istifadə edərək, nümayişçilərə müdaxilə edir. SİA-nın verdiyi məlumata görə, bu barədə "RİA Novosti"yə "Vatan" partiyasının gənclik təşkilatının rəhbəri Aykut Diş xəbər verib.

"Aksiya ABŞ dövlət katibi Reks Tillerson və Mevlüt Çavuşoğlunun mətbuat konfransı keçiriləcəyi Ankara Palas Oteli yaxınlığında keçirilir. Hazırda otelin önündə 150 nəfər var. Ankara meriyası mitinq keçirilməsinə icazə verməyib. Polis bizə qarşı gözyaşardıcı qazdan istifadə edir, onlar bunu könülsüz şəkildə edirlər. Özləri bizə etiraf etdi, onları məcbur edirlər", deyə agentliyin həmsöhbəti bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə