Avropa Birliyi Özbəkistanda insan hüquqlarının vəziyyətindən narahatdır
Avropa Birliyi Özbəkistanda insan hüquqlarının vəziyyətindən narahatlığını ifadə edib. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, bu gün Lüksemburqda keçirilən iclasda Avropa Xarici Əlaqələr Şurası Özbəkistan rəsmilərini insan hüquqları müdafiəçilərinin azadlığa buraxılması da daxil olmaqla, bu sahədə vəziyyəti yaxşılaşdırmağa çağırıb.
Şura həmçinin Özbəkistanı qeyri-hökumət təşkilatlarının ölkədə fəaliyyətinə imkan vermək, seçki prosesini beynəlxalq standartlara uyğunlaşdırmaq, söz və media azadlığını təmin etməyə səsləyib.
Şura ölkədə vəziyyəti qiymətləndirərək, Avropa Birliyinin Özbəkistanla münasibətlərinin tam potensialına çatması üçün hələ ciddi iş görmək lazım olduğunu bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB