Prezident İlham Əliyev ölkəmizdə yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul edib

Prezident İlham Əliyev ölkəmizdə yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 26-da Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabenin etimadnaməsini qəbul edib. SİA-nın xəbərinə görə, səfirlə görüş zamanı prezident qeyd etdi ki, Azərbaycan ilə Yaponiyanın müxtəlif sahələrdə fəal əməkdaşlıq edir. Prezident bu əlaqələrin yaxşı nəticələr verdiyini bildirdi. İqtisadi əlaqələrimizin daha da genişlənəcəyinə ümidvar olduğunu deyən dövlət başçısı Yaponiya şirkətləri ilə əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirdi. Siyasi münasibətlərimizin də çox yaxşı səviyyədə olduğunu deyən prezident İlham Əliyev bu əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Öz növbəsində səfir Şusuke Vatanabe Yaponiyanın İmperatoru əlahəzrət Akihitonun salamlarını dövlət başçısına çatdırdı. Səfir Şusuke Vatanabe ölkəmizin təkcə təbii sərvətlərlə deyil, insan resursları ilə də zəngin olduğunu vurğuladı.

Bu gün prezident İlham Əliyev Polşanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixal Labendanın etimadnaməsini qəbul edib. Prezidentlə görüş zamanı səfir qeyd etdi ki ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdir və yüksək səviyyədə olan ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcək.

Səfir paytaxtımız ilə qısa tanışlıq zamanı şəhərdə gedən inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını dedi.

Dövlət başçısı Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirdi. Münasibətlərimizin yüksək səviyyədə olduğunu, bir sıra birgə təşəbbüslərin həyata keçirildiyini və ölkələrimizin daha da yaxınlaşması üçün mühüm addımlar atıldığını qeyd edən prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu söylədi.

Sonra Azərbaycan prezidenti Fələstin Muxtariyyətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhimin etimadnaməsini qəbul edib. Prezident ilə söhbət zamanı səfir Nəssir Əbdül Kərim Əbdül Rəhim Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasın salamlarını dövlət başçısına çatdırdı.

Səfir Fələstin Muxtariyyəti rəhbərinin Fələstin Muxtariyyəti ilə Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsində maraqlı olduğunu və Fələstinin Azərbaycanda səfirliyinin açılmasındakı dəstəyə görə dövlət başçısına təşəkkür etdi.

Fələstin Muxtariyyətinin Azərbaycanda səfirliyinin açılmasının əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayan dövlət başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzuladı.

Bütün xəbərlər Facebook səhifəmizdə