Zibilliyə çevrilən qədim şəhər- FOTOSLAYD

Zibilliyə çevrilən qədim şəhər- FOTOSLAYD

Çoxəsrlik tarixə, zəngin və yüksək mədəniyyətə malik Gəncə şəhərinin bu gün keçmişinin öyrənilməsi istiqamətində lazımı tədbirlər aparılımır. Bunu biz deyil, burada yaşayan tarxçilər iddia edir. Əsas kimi isə şəhərin ilk Gəncə adlanan ərazisində genişmiqyaslı arxeoloji tədqiqatların aparılmaması göstərilir.

Bildirək ki, Gəncənin daha öncə mövcud olduğu ərazilər 1988-ci ildən tarix mədəniyyət qoruğu elan olnub. Bu dövrə kimi isə burada, yəni 1938-40-cı illərdə İsak Cəfərzadə, 1986-90-cı illərdə isə Rəafel Əhmədov tərəfindən tədqiqatlar aparılıb. Lakin tədqiqatlar davam etdirilmədiyindən Gəncənin torpağın altında yatan tarixi hələ də üzə çıxarılmayıb. Təəssüf doğuran digər məqam isə ondan ibarətdir ki, qoruq ərazisindən bu gün əsər-əlamət qalmayıb. Üzüm bağları, məişət tullantıları, müxtəlif tikililər keçmişimizə işıq tutacaq, tariximizin şahidi, ulularımızın bizə mirasını yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qoyub.

Tarixçi alim Səyyaf Paşayevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, təxminən 1482 hektara yaxın sahəsi olan ərazidən bu gün sadəcə Gəncənin keçmiş qala divarları qalır. Tariximizin bir parçası olan və silinmək təhlükəsi yaşayan tikililərlə, ümumiyyətlə ərazidəki ağır vəziyyətlə bağlı Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikovada xəbərdardır. İdarə rəisi də tarixi ərazidə fermaların tikilməsi, üzüm bağlarının salınması ilə bağlı məlumatlara sahibdir. Üstəlik bütün faktlar Mədəniyyət və Turizm Nazirliyinə göndərilib. Ancaq problemin həlli üçün birinci növbədə ərazinin, yəni qoruğun sözügedən nazirlik tərəfindən xəritəsinin təsdiq edilməsi lazımdır. Daha doğrusu şərtdir. Məhz bundan sonra səlahiyyət sahibləri yaranan ürəkağrıdıcı vəziyyətin aradan qaldırılmasına bir əncam çəkərlər.

Hər halda tez bir zamanda xəritənin təsdiqi itirmək üzrə olduğumuz tarixi məkanımızın yenidən və əsaslı şəkildə öyrənilməsinə imkan yaradacaq. İndiki halda isə onu demək kifayətdir ki, mənfur qonşularımız özlərinə saxta tarix yaratmğa, yazmağa cəhd etdikləri bir vaxtda biz öz keçmişimizə qənim kəsilirik. Təəssüf ki, qədim Gəncə şəhərinin sirlərlə dolu tarixini sapı özümüzdən olan baltalar məhv edir.

Bütün xəbərlər Facebook səhifəmizdə