Azərbaycan və Ermənistan ekspertləri arasında bəyanat imzalanıb - Şok XƏBƏR
Gürcüstanın paytaxtı Tbilisidə Dağlıq Qarabağ münaqişəsinin həllində yeni həll yollarıın axtarışı məqsədilə Azərbaycan və Ermənistan ekspert qruplarının işgüzar görüşü keçirilib. Üçgünlük müzakirələr nəticəsində oktyabrın 23-də Tbilisidə erməni politoloqu Stepan Qriqoryan və azərbaycanlı siyasi-analitik Rauf Rəcəbov arasında Qarabağ münaqişəsinə həsr olunan bəyanat imzalanıb. Bu barədə SİA-ya Rauf Rəcəbovun özü məlumat verib. O bildirib ki, bu bəyanat dekabrın 1-2-də Astanda keçiriləcək ATƏT-in sammiti öncəsi Qarabağ münaqişəndə "Yol xəritəsi"nə həsr olunub.
Sənəddə bildirilib ki, son iki ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi aktivləşib və bu proses özünün sülh mümkünlüyünü tükətməyib. Bəyanatın davamında qeyd olunur ki, münaqişə tərəfləri öz yeganə mövqelərini "Madrid Prinsipi"nin bazası əsasında göstərməyə çalışrılar. Daha sonra hər iki tərəf bəyanatda vurğulayır ki, Dağlıq Qarabağın həllinə dair hazırlanan "Yol xəritəsi"nin məqsəd və baza elementləri onlar tərəfindən hazırlanıb.
"Baza prinsiplərinə qarşılıqlı əlverişlik, qarşılıqlı tamamlılıq, qarşılıqlı asılılıq və vətəndaş cəmiyyətinin haqqı daxildir. Baza elementlərinin əsasında Cənub Qafqaz nəqliyyatının "Ağ kitab"ını göstəririk. Bazanın digər elementlər arasında isə vətəndaş cəmiyyətinin təhlükəsizliyi, etibarı və digər məsələlər qeyd olunur", - deyə bəyanatda öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB