AXCP sədri hətta sosial şəbəkə üzərindən belə doğru-dürüst siyasət aparmaq qabiliyyətində deyil
Prezident seçkiləri ərəfəsində AXCP sədri Əli Kərimlinin trolları hərəsi özünə bir neçə saxta profil açaraq hakimiyyətin siyasətini dəstəkləyən insanlara qarşı söyüş və təhqir kampaniyalarına başlayıblar. Söz yox ki, məhz Ə.Kərimlinin “tərbiyəsinə” uyğun qaydada sosial şəbəkələrdə fəaliyyət göstərən trollar buna görə AXCP sədrindən müəyyən miqdarda “yalpulu” alırlar. Lakin məsələ yalnız bunda deyil. Məsələ həm də ondadır ki, son günlər AXCP ilə REAL arasında gedən amansız savaş vaxtı Kərimlinin trolları təsadüfən özlərini ifşa ediblər. Ümumiyyətlə, bu vaxta qədərki seçkilərdə heç nəyə nail ola bilməyərək, uğrursuzluq zolağında ilişib qalan radikal müxaliflər indi də virtual dünyada yaratdıqları seki oyunbazlıqlarında özlərini ifşa etməklə məşğuldurlar.
AXCP-REAL qarşıdurmasında cəbhəçi trollar bu cür açığa çıxmışdılar
Artıq bu hal bir neçənci dəfədir ki, baş verib. Misal üçün, "Sabah Azərbaycanda prezident seçkisi keçirilərsə, hazırkı iqtidara alternativ ola biləcək namizədlərdən prezident kürsüsündə hansını daha çox görmək istəyərdiniz?" başlıqla keçirilən sorğuda REAL sədri İlqar Məmmədovla AXCP sədri Əli Kərimli yarışdırılıb. Ortaya isə çox əcaib bir məsələ çıxb. Artıq bir neçə gündür ki, hər iki tərəf sorğunun saxta olması ilə bağlı bir-birini ən ağır şəkildə təhqir etməklə məşğuldurlar.
Onu da qeyd edək ki, partiya sədrindən daha çox bloggerə bənzəyən Kərimli əlindəki yeganə resurusu olan sosial şəbəkələrdəki saxta profillərini işə salsa da, onlar da öz çirkin işlərinin öhdəsindən gəlməyi bacarmırlar.
Əlbəttə, REAL-ın da trolları boş dayanmırlar. Yəni eyni ittihamları AXCP-üçün REAL-çı trollar səsləndirirlər. Onlar da öz statuslarında iddia edirlər ki, yazılan şərhlərin əksəriyyəti məhz AXCP trollarının işidir. Nəticədə vəziyyət o qədər gərgin hala gəlib-çıxıb ki, özləri-özlərini ifşa ediblər. Cəbhəçi trol anidən diqqətdən yayınmaqla, əsas səhifədə paylaşım edərək, kərimovçuları fəal olaraq səs verməyə çağırıb. Bununla da açılıb sandıq, tökülüb pambıq...
Bu da bir fakt!
Qeyd edək ki, bir neçə gün öncə də bənzər hal yaşanmışdı. Paylaşımda Əli Kərimlinin bir azdan canlı yayıma çıxacağı göstərilir və tapşırıqlar verilir: “Əli Kərimli 25-30 dəqiqə sonra öz səhifəsinə canlı yayıma çıxacaq. Yayımı dərhal paylaşmalı, müzakirələrdə aktiv iştirak etməliyik. Yaxşı olar ki, şərhlərdə Milli Şuradan “ümumxalq mitinqləri çağrılsın” tələbləri irəli sürülməklə ictimai rəyi formalaşdıraq”.
Bütün bunlar isə radikal müxalifətin hətta adi sosial şəbəkə üzərindən belə doğru-dürüst siyasət aparmaq qabiliyyətlərinin olmadığını isbatlayır. Hər halda faktlar da bunu göstərir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB