Baş redaktor: “Son 15 ildə Azərbaycanda xeyli uğurlar əldə olunub” AÇIQLAMA
“Son 15 il ərzində cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bütün komandanın Azərbaycanın daxili, xarici siyasətində əldə etdiyi nəticələr həm ölkənin inkişafı istiqamətində böyük nailiyyətlər sayıla bilər, həm də cənab İlham Əliyevin alternativsiz və 2018-ci ilin 11 aprel növbədənkənar prezident seçkilərində qətiyyətli qalib gəlməsi üçün yetərli sayılmalıdır”. Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Onun sözlərinə görə, ölkənin həm xarici, həm də daxili siyasətində böyük nailiyyətlər əldə olunub: “Xüsusilə xarici siyasətdə həm ölkənin beynəlxalq təşkilatlarda inteqrasiyası, beynəlxalq çoxtərəfli və ikitərəfli müstəvidə dövlətimizin əlaqələrinin qurulmasında, həm də Azərbaycana xarici investisiyaların cəlb olunmasında, dünyanın xüsusilə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox böyük nəticələr var. Eləcə də ölkənin daxili siyasətində çoxsistemli uğurlu nəticələrdən danışmaq mümkündür. Xüsusilə son 3-4 il ərzində ümumi daxili məhsulda, qeyri-neft məhsullarının payının əhəmiyyətli dərəcədə artırılmasında, ölkəmizdə multikultural şəraitin möhkəmləndirilməsində, sabitliyin və təhlükəsizliyin təmin olunmasında, insan resurslarının inkişaf etdirilməsində regionlarımızın problemlərinin həll olunmasında uğurlu nəticələr var.
Ümumi şəkildə demək mümkündür ki, son 15 il ərzində Azərbaycan nəinki MDB dövlətləri, region dövlətləri arasında, həm də bütün dünya miqyasında gözlə görünən, hiss olunan rəqəmlərdə və müəyyən fikirlərdə ifadə olunan böyük nailiyyətlər əldə edib. Bunu dünyanın çox mötəbər reytinq siyahılarında Azərbaycanın mövqeyi də sübut edir. Təkcə elə onu qeyd etmək kifayətdir ki, 130-dan artıq ölkənin içərisində rəqbətqabiliyyətliliyinə görə, Azərbaycan iqtisadiyyatının öncül yerlərdə qərarlaşması, ölkədə hakimiyyət və xalq etimadı məsələsində Azərbaycanın çox böyük nailiyyətidir. Mənə elə gəlir ki, ölkəmizin həm beynəlxalq əlaqələri, həm də daxili potensialları nöqteyi-nəzərindən bundan sonrakı 7 il ərzində çox böyük nailiyyətlərin əldə olunması üçün buna imkan verən çox güclü potensial yaradılıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB