"Türkiyə ilə Yunanıstan arasında həll edilməyəcək problem olduğuna inanmırıq"
Türkiyənin dövlət naziri və Avropa Birliyi ilə danışıqlardakı baş müzakirəçisi Egemen Bağış Yunanıstanla problemlərin həlli üçün yaxşıya doğru gedişatın olduğunu deyib. SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, Bağış "Türkiyə ilə Yunanıstan arasında həll edilməyəcək problem olduğuna inanmırıq" deyib.
Yunanıstan xarici işlər nazirinin müavini Sriros Kuvelis ilə Ankarada bir araya gələn Bağış baş nazir Ərdoğanın Afina səfəri zamanı Egey problemlərinə dair önəmli addımlar atıldığı haqda xəbərlərə münasibət bildirib.
Nazir qeyd edib ki, xoş niyyət və cəsarətlə Egeydə, Heybəliadada, Qərbi Trakdyadakı problemlər həllini tapa bilər. Yunanıstan xarici işlər nazirinin müavini də dəqiq olmayan xəbərləri şərh etməkdən qaçdıqlarını, ancaq ciddi addımların atıldığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB