Rusiya Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin qeydiyyatı prosesini başa çatdırıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qeydiyyatın nəticələrinə əsasən, ali dövlət postu uğrunda mübarizəni 8 namizəd davam etdirəcək. Onlar Sergey Baburin, Pavel Qrudinin, Vladimir Jirinovski, Vladimir Putin, Kseniya Sobçak, Maksim Suraykin, Boris Titov və Qriqori Yavlinskidir. Namizədlərin adları seçki bülleteninə yuxarıdakı ardıcıllıqla, yəni əlifba sırası ilə yazılacaq.
Namizədliyini irəli sürmüş 16 nəfərdən yalnız 6-sı toplanmış imzaları MSK-ya təqdim edib və onların hamısı qeydiyyata alınıb. Parlament fraksiyaları tərəfindən irəli sürülən namizədlər imza toplamaqdan azad edildikləri üçün Vladimir Jirinovski və Pavel Qrudinin qeydəalma prosedurundan birinci keçiblər.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 18-nə təyin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB