Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerə təbrik məktubu ünvanlayıb. SİA-nın məlumatına görə, təbrik məktubunda deyilir: "Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Avstriya arasındakı münasibətlər dostluq və əməkdaşlıq əlaqələrimizin möhkəmlənməsi və genişlənməsi istiqamətində bundan sonra da inkişaf edəcəkdir".
Prezident İlham Əliyev Haynts Fişerə ən xoş arzularını yetirib, dost Avstriya xalqına əmin-amanlıq və firavanlıq diləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB