Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Afrin və İdlib başda olmaqla Suriyadakı son vəziyyət müzakirə edilib.
R.T.Ərdoğanla V.Putin Türkiyə, Rusiya və İran prezidentlərinin İstanbulda zirvə toplantısının keçirilməsini razılaşdırıblar. Zirvə toplantısında Suriyadakı böhranın həlli məsələsi müzakirə olunacaq.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB