Bir tərəf boykot qərarını, digəri isə seçkilərə qatılmaq tələbini irəli sürdü
Növbədənkənar prezident seçkilərinin keçirilməsi qərarının ardınca, radikal müxalifətin digər cinahında – REAL-da ikitirəlik yaşanmağa başlayıb. Belə ki, hərəkatın icraçı katibi Natiq Cəfərli prezident seçkilərini boykot etmək qərarının verilməsini tələb edib və o, bunu REAL-ın sədri İlqar Məmmədovun həbsdə olması ilə əlaqələndirib. N.Cəfərlinin bu fikirlərini dəstəkləyən hərəkat üzvləri ilə yanaşı, dəstəkləməyənlər də olub. Onlar isə hərəkatın təşkilat komitəsinin koordinatoru Azər Qasımlının yaxın ətrafıdır.
Azər Qasımlı yeni sədrin seçilməsi iddiasını da ortaya qoyub
Bu arada onu da qeyd edək ki, REAL-da ikitirəlik çoxdan mövcuddur və buna da səbəb bilavasitə sədr İ.Məmmədovun həbsdə qalmasıdır. Hələ bir müddət öncə qurultay keçirəcəklərini deyən REAL-çılar sonradan bu tədbirlərini keçirmədilər. Hətta onlar öz uğursuzluqlarını növbəti dəfə hakimiyyətin üzərinə atmağa çalışsalar da, həqiqət başqa cürdür. Misal üçün, N.Cəfərli ilə A.Qasımlının arasında olan nifaqa səbəb də budur ki, A.Qasımlı İ.Məmmədovun həbsə olmasına rəğmən, qurultayın keçirilməsinin tərəfdarı kimi çıxış edirdi. Eyni zamanda, yeni sədrin seçilməsi, hərəkatın partiyaya çevrilməsi ideyasını da məhz Qasımlı irəli sürmüşdü. Habelə, bugünlərdə mətbuata açıqlamasında “Hər bir halda qurultayla bağlı işlərimiz davam edir və müəyyən düşüncələrimiz var. Bir dəqiqə də olsun, bu işlərdə fasilə vermirik”-deyən REAL hərəkatının təşkilat komitəsinin koordinatoru öz iddiasında qaldığını gizlətməyb.
Növbədənkənar seçkilərin keçirilməsi məsələsi REAL daxilində cərəyan edən qarşıdurmaların artmasına səbəb olub
Lakin onun və tərəfdarlarının azlığı N.Cəfərlinin say baxımından çoxluq təşkil edən qruplaşmasına uduzdu. Məhz bu dəfə də sözləri çəp gələn iki REAL-çının fikirləri bir-birinə ziddilik təşkil edir. A.Qasımlı təklif edir ki, qurultay keçirilsin və hərəkat partiyaya çevrilərək, seçiləcək yeni sədrlə seçkilərə qatılsın. O, bununla yanaşı, sədrliyə iddialı olacağını da gizlətməyib. Əlbəttə, bu təkliflə qətiyyən razılaşmadığını deyən N.Cəfərli nə qurultayın keçiriləcəyini, nə də yeni sədrin seçilməsi ideyasına dəstək verməmiş qalıb. Nəticə olaraq bu cür qənaətə gəlmək olar ki, növbədənkənar seçkilərin keçirilməsi məsələsi REAL daxilində cərəyan edən qarşıdurmaların artmasına səbəb olub. Ümumiyyətlə, bu hərəkatın siyasi cəhətdən hər hansı uğura imza ata bilməsi iddiaları da uğursuzluqla nəticələnib.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB