Rusiya Dövlət Duması sədrinin Azərbaycana səfəri olacaq

Rusiya Dövlət Duması sədrinin Azərbaycana səfəri olacaq

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin aprelin 11-də keçiriləcək prezident seçkilərindən sonra Azərbaycana səfər etməyi planlaşdırır.

SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə V.Volodin Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş sərgidə jurnalistlərə bildirib: “Parlament çərçivəsində olduqca səmərəli işləyirik, buna görə də aprelin 11-də baş tutacaq seçkilərdən sonra, hardasa, yarım il sonra mütləq Azərbaycana səfər edəcəyəm”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə