Ermənistanın baş naziri Tiqran Sarkisyanın İrana üç günlük rəsmi səfəri başlayıb
Bu gün Ermənistanın baş naziri Tiqran Sarkisyanın İrana üç günlük rəsmi səfəri başlayıb. SİA-nən erməni mətbuatına istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Sarksiyan İranın birinci vitse-prezidenti Məhəmməd Rza Rahimi və xarici işlər naziri Manüçöhr Möttəki ilə ilə görüşüb. Eyni zamanda nümayəndə heyətinin tərkibindəki biznesmenlər iki ölkə arasında birgə müəssisələrin açılmasına dair diskussiyalar aparıblar.
Sabah isə tərəflər birgə müəssisələr, xüsusilə nəqliyyat sahəsində birgə şirkətlər, bankların açılması, yeni aviareyslərin razılaşdırılması istiqamətində danışıqlar aparacaqlar. Ermənistanın baş naziri sabah İran prezidenti Mahmud Əhmədinejad və parlamentin spikeri Əli Laricani ilə də görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB