BMT gününə həsr olunmuş “65 il Sizin xidmətinizdə” aksiyası keçirilib

BMT gününə həsr olunmuş “65 il Sizin xidmətinizdə” aksiyası keçirilib

24 Oktyabr dünyada BMT Günü kimi qeyd edilir. Bu münasibətlə ötən həftədən başlayaraq Gənclər üçün Təhsil Mərkəzi də ölkəmizdə "65 il Sizin xidmətinizdə" adlı maarifləndirici aksiyanın keçirilməsinə start verib.

Mərkəzdən SİA-ya verilən məlumata görə, 18-24 Oktyabr tarixində keçirilmiş həftəliyin əsas məqsədi dünyada sülhün və təhlükəsizliyin qorunmasına çalışan, insanların sosial rifahının inkişafına xidmət edən Birləşmiş Millətlər Təşkilatı və onun fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırmaq idi.

Mərkəz həftəlik çərçivəsində Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Füzulidə gənclər üçün maarifləndirici aksiyalar təşkil etmiş, ictimaiyyət nümayəndələrini 65 yaşlı BMT və onun fəaliyyəti haqqında geniş məlumatlandırıb. İştirakçılara BMT-nin fəaliyyətini özündə əks etdirən film təqdim edilmiş, müxtəlif nəşrlər paylanılıb.

Keçirilmiş hər bir tədbirdə müvafiq regionlar üzrə gənclər və idman idarələrinin, yerli QHT və KİV-lərin, eləcə də tədris müəssisələrinin nümayəndələri iştirak edib.

Həftəlik Mərkəzin qeyd edilən regionlardakı nümayəndəlikləri vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi BMT tərəfindən elan edilən günləri hər il ölkəmizdə təşviq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə