Sabah Mərkəzi Seçki Komissiyasında növbədənkənar prezident seçkiləri ilə bağlı iclas keçiriləcək.
MSK Katibliyinin Media ve ictimai əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, iclas sabah 16:00-da Mərkəzi Seçki Komissiyasının inzibati binasında keçiriləcək
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında növbədənkənar prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla növbədənkənar prezident seçkilərinin tarixi 2018-ci il aprelin 11-nə təyin olunub.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB