Vüqar Bayramov: “Dağlıq Qarabağ münaqişəsini nəzərə almayan İran Ermənistanla iqtisadi əlaqələrini genişləndirməklə birmənalı olaraq onlara köməklik göstərmiş olur”

Vüqar Bayramov: “Dağlıq Qarabağ münaqişəsini nəzərə almayan İran Ermənistanla iqtisadi əlaqələrini genişləndirməklə birmənalı olaraq onlara köməklik göstərmiş olur”
İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və Ermənistanla hərtərəfli münasibətlərini genişləndirməsi onun ikitərəfli siyasət aparması faktını ortaya qoyur. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov bildirib. O söyləyib ki, İran Ermənistan üçün iqtisadi baxımdan kifayət qədər gələcək vəd edən bir ölkədir: "İran Ermənistana bazara çıxış üçün yeganə ölkədir. Təəssüf olsun ki, İran da ermənilərə bu şəraiti yaradır. Dağlıq Qarabağ münaqişəsini nəzərə almayan İran Ermənistanla iqtisadi əlaqələrini genişləndirməklə birmənalı olaraq onlara köməklik göstərmiş olur. Bütün bunlar onu göstərir ki, qonşu ölkəmiz olan İran regionda ikili siyasət aparır. Bu heç də xoş qarşılanmayacaq bir hərəkətdir. Fikrimcə, Azərbaycan tərəfi istər rəsmi, istərsə də qeyri- rəsmi olaraq bu məsələyə münasibətini bildirəcək. Azərbaycanın bu məsələ ilə əlaqədar İrana münasibət bildirməyə kifayət qədər haqqı var. Bu haqqı İranla aparılan danışıqlar və bağlanan bir çox sazişlərlərlə də əlaqələndirmək olar. Azərbaycan öz siyasi, iqtisadi və bunun kimi əlində olan digər təsir vasitələrindən istifadə etməklə İranı bu əməkdaşlıqdan çəkindirməlidir. Onu da qeyd edim ki, Azərbaycan dövlət büdcəsinin gəlirləri Ermənistan büdcəsinin gəlirlərindən nə az nə çox 8 dəfə böyükdür."

Bütün xəbərlər Facebook səhifəmizdə