DİN Polis Akademiyasında baş verən intihar hadisəsi barədə məlumat yayıb

DİN Polis Akademiyasında baş verən intihar hadisəsi barədə məlumat yayıb

Azərbaycan Daxili İşlər Nazirliyi Polis Akademiyasında baş vermiş intihar hadisəsi ilə bağlı məlumat yayıb. SİA-nın nazirliyin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 24-də saat 00.30 radələrində DİN-in Polis Akademiyasının yataqxanasında qeydə alınıb. Ağdam rayon sakini, əyani fakültənin 1-ci kurs müdavimi, polis sıravisi Məmməd Mehdiyev pəncərənin nəfəsliyinin çərçivəsindən özünü asıb.

 

Qeyd edək ki, M. Mehdiyevin meyiti dünən, məcburi köçkünlər üçün salınmış Baharlı düşərgəsində məskunlaşan ailəsinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə