Gəncədə hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb

Gəncədə hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb

Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəyə məxsus avtomobilin aşması nəticəsində 9 hərbçi yaralanıb. Hadisənin hərbçilərin Alabaşlı kəndi yaxınlığında poliqondan qayıdarkən baş verdiyi ehtimal edilir.

Müdafiə Nazirliyi faktı təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, xəsarət alanlar hərbi hospitala yerləşdirilib. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Faktıla bağlı cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə