Bu gün saat 10-dan etibarən seçki bülletenlərinin paylanılmasına başlanılıb. SİA-ya bu barədə Mərkəzi Seçki Komissiyasından məlumat verilib.
Seçki bülletenlərinin ilk olaraq Naxçıvan Muxtar Respublikası ərazisində olan seçki dairələrinə verilməsi nəzərdə tutulur. Daha sonra isə digər seçki dairələrinə paylanılacaq. Bülletenlərin həm çapının, həm də paylanmasının ayın sonuna kimi başa çatdırılması planlaşdırılıb.
Qeyd edək ki, seçki bülletenlərinin çapına oktyabrın ayının 22-dən başlanılıb. Bülletenlər qanunvericiliyə əsasən, seçicilərin sayından 3% artıq çap olunacaq. Bu isə 5 096 574 bülleten deməkdir. Bülletenlər Milli Məclis mətbəəsində çap olunur. Bülletendə namizədlərin ad-soyadları əlifba sırası ilə sıralanacaq. Siyasi partiya və blokların namizədlərinin adının qarşısında onun təmsil olunduğu partiya və ya seçki blokunun adı və emblemi də olacaq. Bülletenlərdə hər namizədin adının qarşısında səs vermək üçün kvadrat yerləşdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB