TÜRKPA Baş katibi Qazaxıstan sәfiri ilә görüşüb

TÜRKPA Baş katibi Qazaxıstan sәfiri ilә görüşüb

TÜRKPA Baş katibi cənab Altınbek Mamayusupov Qazaxıstan Respublikasının Bakıdakı Səfirliyini ziyarət edib və Fövqəladə və Səlahiyyətli səfir cənab Beybit İsabayev ilə görüş keçirib. SİA-nın xəbərinə görə, görüş zamanı cənab Mamayusupov təşkilatın qarşıdan gələn fəaliyyətləri barədə səfirə məlumat vermiş və tərəflər 2018-ci ildə TÜRKPA-nın 10-cu ildönümünün qeyd edilməsi ilə bağlı həyata keçiriləcək işlər üzrə fikir mübadiləsi aparıb. Baş katib TÜRKPA-nın açıq dialoq, qlobal dostluq və sülhə əsaslanaraq Türk dövlətləri arasında parlamentlərarası əməkdaşlığın mühüm platforması kimi inkişaf etdiyini vurğulayb.

Cənab İsabayev Türkdilli ölkələr arasında əməkdaşlığın inkişafında TÜRKPA-nın səylərini yüksək qiymətləndirib və Qazaxıstanın Assambleyanın bütün təşəbbüs və öhdəliklərinə tam dəstək verəcəyini vurğulayıb.

Həmçinin tərəflər Qazaxıstan Parlamenti Məclisinin Sədri cənab Nurlan Niqmatulinin Bakıya və TÜRKPA binasına səfəri məsələsini müzakirə edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə