Erməni investorlar Ermənistana investisiya yatırmaq istəmirlər. Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında Avropa Erməni İttifaqı Forumunun rəhbəri Aşot Qriqoryan söyləyib.
“Karen Karapetyanın biabırçı davranışına görə Ermənistana investisiya yatırmaqda maraqlı olan şəxslər də ondan və prezidentdən qaçır. Ona görə ki, onların hər iki eyni səslə yalan danışırlar. Onlar məcbur edirlər ki, biz yüksək səslə “Serj Sərkisyan və Karen Karapetyan hakimiyyətdə olduğu müddət ərzində heç kim aldanıb, Ermənistana investisiya qoymasın” deyək. Bizim holdinq kifayət qədər çox pul xərcləyib. Biz iki dəfə Ermənistana gəlib, biznes plan hazırlamışıq, tenderdə iştirak edib, onminlərlə avro xərcləmişik. 2017-ci ilin yanvarında tenderə bütün materialları versək də, hələ cavab almamışıq. İndi o bizi inandırmağa çalışır ki, gələn dəfə daha yaxşı nəticələr əldə edəcəyik? Biz artıq inanmırıq. Diasporda belə bir fikir var ki, Sərkisyan və Karapetyan hakimiyyətdə olduğu müddət ərzində Ermənistanı heç ziyarət etmək belə olmaz. Əksinə, birləşib, ölkəni xilas etmək lazımdır. Ermənistana isvestisiya yatıran bir normal erməni diasporu yoxdur. Əgər belə təşkilatlar varsa, demək, onlar ölkəni talamağa gəliblər. Belə ermənilər xüsusilə Rusiyadakı diasporda mövcuddur. Lakin bunlar da investor yox, öz klanlarına bağlı olan oğrulardır. Onlar da Serj Sərkisyan və Karen Karapetyan kimi şoumendirlər. O bilir ki, sarayını tərk edəndən bir gün sonra məhkəmə qarşısına çıxarılacaq. O və ailəsi divara qoyulacaq. Onun, qardaşı Saşikin etdikləri cəzasız qalmamalıdır. Sərkisyan xalq qarşısında üzr istəməlidir”, – deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB