Xədicə İsmayılın “Navalnı sindromu” Əli Kərimlini ifşa etdi FOTOFAKT
Sosial şəbəkədə həqiqətlər üzə çıxdı
“Azadlıq” Radiosunun sabiq əməkdaşı, hazırda özünü “hüquq müdafiəçisi” kimi təqdim edən Xədicə İsmayıl Rusiya müxalifətçisi Aleksey Navalnının həbs olunması anının videogörüntüsünü paylaşıb və belə bir başlıq qoyub – "Navalnı da etirazçılarla bərabər idi. Həbs də olunub. Lider dediyin...".
Qeyd edək ki, X.İsmayılın bu məsələ barədə yazması və video paylaşması özündə bir çox məqamları ehtiva etdi. Yəni Ə.Kərimliyə vurduğu eyham müxtəlif statuslarla müşahidə olundu. Statusları X.İsmayılın “facebook” səhifəsindəki bu linkdən oxuya bilərsiniz. (https://www.facebook.com/khadija.ismayil)
Lakin məsələ ondadır ki, son vaxtlar X.İsmayılın AXCP sədri Əli Kərimli ilə münasibətlərində bəlli soyuqluqlar yaşanır, hətta bu iki şəxsin bir—birinə qarşı kəskin antipatiya hissləri yaranıb. Buna səbəb isə ilk növbədə qondarma “siyasi məhbus” siyahısıydı ki, hələ də sözügedən siyahıda üst-üstə düşməyən kifayət qədər məqamlar bu gün də öz mövcudluğunu qoruyub-saxlamaqdadır. Hələ 2016-cı ildə X.İsmayılın Avropa və beynəlxalq insan haqları təşkilatlarına təqdim olunacaq siyahısı Ə.Kərimlinin rəhbərlik etdiyi "işçi qrup" tərəfindən rədd edilmişdi.
Ümumiyyətlə, X.İsmayılın “hüquq müdafiəçiliyinə” başladığı andan onun cəbhəçi sədrlə münasibətlərinə demək olar ki, son qoyulub. Düzdür, təmsil olunduğu müxalif çevrədə bunu ciddi-cəhdlə gizlətməyə çalışan, yəni daha çox ictimailəşdirilməməsinə səy göstərən X.İsmayıl bəzi hallarda “otsetçkalar” buraxır. Onlardan biri də məhz Navalnının həbsi ilə bağlı yayımladığı videogörüntüdür.
Başqa tərəfdən, X.İsmayıl həmin vodeoya yazdığı şərhində dolayısı ilə sözü AXCP sədrinə tərəf atıb. Yəni demək istəyib ki, rusiyalı müxalifətçilərin lideri həbs olunur, ancaq Ə.Kərimlinin timsalında olan müxalifət “liderləri” tamamilə əks fəaliyyət göstərirlər. Daha doğrusu, onların ətrafları həbs olunur, amma özləri öz isti ev-eşiklərində kef edirlər.
Şərh yazanlar da öz fikirlərində AXCP sədrinə qarşı haqlı ittihamlarını bildirir, bununla X.İsmayıl müəyyən “etirazlı” fikirlərini bildirsə də, fakt budur ki, hədəf bilavasitə Əli Kərimlidir!
Beləliklə, X.İsmayılın sosial şəbəkədə “Navalnı sindromu” gedişi Ə.Kərimlini ifşa etdi. Bəlkə də bu addımın atılması elə X.İsmayılın AXCP sədri üzərində qələbə qazanmasına hesablanmış addım idi. Çünki onun özü də yaxşı bilir ki, Ə.Kərimlini sosial şəbəkədə “vurmaqla” gələcəkdə bəzi məsələləri öz xeyrinə çevirə bilər. Ancaq bir məsələni də unutmaq olmaz ki, Ə.Kərimli bu və ya digər şəkildə X.İsmayılı cavabsız qoymayacaq. Hər halda istər dolayı, istərsə də birbaşa cəbhəçilərin sədrini “qorxaq” adalandıran X.İsmayılın Ə.Kərimli ilə savaş xəmiri hələ çox su aparmalı olacaq.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB