Asiya ölkələri Şimali Koreyanı təhlükə mənbəyi kimi dəyərləndirir

Asiya ölkələri Şimali Koreyanı təhlükə mənbəyi kimi dəyərləndirir

Asiya-Sakit Okean hövzəsində yerləşən 26 ölkənin müdafiə nazirləri razılaşırlar ki, Şimali Koreyanın nüvə silahları proqramı regiona ən ciddi təhlükə mənbəyidir. SİA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, Cənubi Koreyanın ali generalı bildirib ki, müdafiə nazirləri, həmçinin qərara gəliblər ki, kütləvi qırğın silahlarının nəqliyyatına qarşı əməkdaşlığı gücləndirsinlər. Bütün bunlarla bağlı general Han Min-Ku müxbirlərlə Seulda keçirilən beş günlük müdafiə nazirləri konfransının sonuncu günündə açıqlama verib.

ABŞ Sakit Okean Hövzəsi Komandanlığının rəhbəri admiral Robert Villard deyib ki, konfrans iştirakçıları yaxşı başa düşürlər ki, Şimali Koreyanın nüvə imkanları təkcə Cənubi Koreyaya deyil, bütün regiona təhlükə törədir. O, həmçinin xəbərdarlıq edib ki, Pxenyanın üçüncü atom sınağı keçirməsi beynəlxalq ictimaiyyət tərəfindən ciddi narahatlıq doğurub.

Bütün xəbərlər Facebook səhifəmizdə