Prezident İlham Əliyevin Davos İqtisadi Formunda iştirakı və çıxışları dünyanın siyasi elitasında əsas müzakirə mövzusu olmaqda davam edir. Ökə rəhbərinin “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən iclasdakı fikirləri dünya ölkələrinə Azərbaycanın xarici siyasətinin təməl prinsiplərini çatdırmış oldu. Beləliklə, dünyanın aparıcı dövlətləri Asiya və Cənubi Qafqazın əsas lider ölkəsindən biri kimi Azərbaycanın gələcəkdə də aparacağı xarici siyasətindən artıq xəbərdar olacaq.
Ölkə rəhbəri aydın şəkildə bildirdi ki, Azərbaycan müstəqil siyasət yürüdür. Bakı heç vaxt hansısa ölkənin diqtəsi ilə hərkət etməyib və bundan sonra da etməycək. Azərbaycanın xarici siyasəti milli maraqlara söykənir və ölkəmiz heç bir riskli macəraya qoşulmaq fikrində deyil. Bu yanaşma növbəti dəfə ölkəmizin xarici siyasətini kənardan yönləndirməyə çalışan qüvvələr üçün konkret və hədəfi vuran cavabdır. Azərbaycan hansısa dövlətin yanında yer almır və heç bir siyasi oyunlarda iştirak etmir. Düzdür bizim müstəqil siyasətimiz kimlərinsə xoşuna gəlməyə bilər. Prezident İlham Əliyevin təəbirincə desək müsətqil siyasətimizi həzm edə bilməyənlərin ölkəmizə qarşı aparılan qarayaxma kampaniyaları heç bir real fakta əsaslanmır. Rəsmi Bakı heç vaxt öz milli maraqlarını hansısa ölkəyə xoş gəlsin deyə riskə atacaq qədər çılız düşünməyib. Və bu gün Azərbyacanın “qeyri-demokratik” ölkə kimi qələmə verilməsi sadəcə qərəzli və məqsətli hazırlanan planın tərkib hissəsidir.
Bir sözlə ölkə rəhbəri Davosda bir daha Azərbaycanın birmənalı mövqeyini ortaya qoydu. Azərbaycan üzərindən 3-cü dövləti hədəf götürmək mümkün olmayacaq. Əslində Azərbaycan hakimiyyəti öz xarici siyasətini kifayyət qədər başa düşülən, kifayət qədər sadə şərtlər üzərində qurub. Ölkəmizin xarici siyasi xətti işğalçı Ermənistan istisna olmaqla qonşularına və ya müttəfiqlərinə qarşı yönələ bilməz. Məhz bu vacib faktor Bakını dost kimi yanında görmək istəyən ölkələr üçün olduqca mühüm əhəmiyyət daşımalıdır. Azərbaycan bütün dövlətlərlə hərtərəfli və qarşılıqlı etimada dayanan əməkdaşlığa hazırdır. Bu əməkdaşlıq münasibtləri isə yalnız və yalnız milli maraqlarımıza cavab verdiyi zaman mümkün ola bilər. Azərbaycan hakimiyyəti məsələnin mahiyyətini, real vəziyyəti hər zaman düzgün dəyərləndirib.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB