“Türkiyə ölkə prezidenti Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi altında güclənir, dünyaya sözünü deyir. Dünya tarixində də Türkiyə həmişə yeri görünən hegemon dövlət olub”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Türkiyə hər zaman İslam dünyasında birlik yaratmağa çalışır: “Haqq-ədalət tərəfdarıdır. Avropanın da qorxduğu odur ki, müsəlman dövləti olan Türkiyə yenə güclənsin və Avropada mövqeləri möhkəmlənsin. Ona görə də Avropanın istədikləri Türkiyə mütəmadi terrora məruz qalsın, gücdən düşsün və parçalansın. Amma Türkiyə də özünü müdafiə edə bilən qürurlu ölkədir. Heç kimə imkan verməz ki, kimsə onun haqqını tapdalasın. Afrin bölgəsindəki hərbi əməliyyatlar da bu xarakter daşıyır. Bəzi dairələr Türkiyəyə mütəmadi terrorlarda maraqlıdır və YPG və PKK-nı müasir silahlarla silahlandırır. Türkiyə bunun qarşısını almağa qadirdir. Afrin bölgəsindəki uğurlu əməliyyatları da bunu deməyə imkan verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB