Afrində 343 terrorçu zərərsizləşdirilib

Afrində 343 terrorçu zərərsizləşdirilib

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” adlı antiterror əməliyyatı nəticəsində 343 terrorçu zərərsizləşdirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, xəbəri Silahlı Qüvvələrin Baş Qərargahı yayıb.

Bildirilib ki, Türkiyənin 13 qırıcısı terrorçu İŞİD və PKK (YPG və PYD) qruplaşmalarının 23 hədəfini məhv edib.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə