AzTV "Mədəniyyət kanalı"nın açılması ilə bağlı müsabiqənin qalibi oldu

Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün keçirilən növbəti iclasında ixtisaslaşdırılmış (mədəniyyət) kanalının açılması ilə bağlı müsabiqənin nəticələrinə baxılıb. Bu barədə SİA-ya şuradan məlumat dail olub. Məlumatda bildirilib ki, Mədəniyyət kanalının açılması üçün Bakı və Abşeron ərazisindən televiziya üzrə 44-cü tezlik resursuna elan edilən müsabiqədə yalnız 1 iddiaçı–"Azərbaycan televiziya və radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti iştirak edib.

MTRŞ "Televiziya və radio yayımı haqqında" qanunun və "Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqənin qaydaları"nın tələbləri uyğun olaraq "Azərbaycan Televiziya və radio verilişləri" Qapalı Səhmdar Cəmiyyəti"ni müsabiqənin qalibi elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə