YAP Səbaildə İdarə Heyətinin iclası keçirilib TƏDBİR

YAP Səbaildə İdarə Heyətinin iclası keçirilib TƏDBİR

Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, iclasda gündəlikdə duran məsələlər müzakirə olunub.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev iclası açıq elan edərək deyib ki, gündəlikdə dayanan ilk məsələ YAP Səbail rayon təşkilatının 2018-ci il üçün iş planının təsdiq edilməsidir. Bura aşağıdakılar daxildir:

- Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar tədbirlər planının müzakirəsi və təsdiqi

- Prezident seçkiləri ilə əlaqədar tədbirlər planının müzakirəsi və təsdiqi

- “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində tədbirlər planının müzakirəsi və təsdiqi daxildir.

2. Qadınlar Şurasının illik iş planının təsdiq edilməsi

3. Gənclər Təşkilatının illik iş planının təsdiq edilməsi

4. Nəzarət-təftiş komissiyasının illik iş planının təsdiq edilməsi

5. Yeni təsis olunmuş ərazi ilk partiya təşkilatlarından daxil olmuş müraciətlərə baxılması

- “Filarmoniya” (M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası) ərazi ilk partiya təşkilatından daxil olmuş 28.11.2017-ci il tarixli müraciət

6. Cari məsələlər

- “Pedaqoqlar” (Azərbaycan Dövlət Pedaqoji Universiteti) ərazi ilk partiya təşkilatından daxil olmuş 16.01.2018-ci il tarixli müraciət (Həziyeva Səma Şakir qızı, vəsiqə № 178731) – Üzvlük vəsiqəsinin itməsi ilə əlaqədar yeni vəsiqə verilməsi

Sonra gündəlikdə dayanan məsələlərlə əlaqədar təkliflər səsləndirilib və gündəlik səsə qoyularaq təsdiq edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə